Azərbaycan millisi Andorranı məğlub etdi Yenilənib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununa çıxıb.

Newsport.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz Andorra yığması ilə qarşılaşıb. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunan görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi aprelin 14-də də bu rəqiblə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu qrupun digər görüşündə Macarıstan Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma Macarıstan yığmasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.

18 aprel

17:00. Azərbaycan (Qadınlar) - Andorra (Qadınlar) - 2:0

Qollar: Yeliz Açar, 12, Esra Manya, 65
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right