Azərbaycan millisinin oyununu bu xanım idarə edəcək

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin dünya çempionatının seçmə mərhələsində Andorra ilə Bakıda keçirəcəyi oyununa hakim təyinatları açıqlanıb.

Newsport.az UEFA-ya istinadən xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Vesna Miletiç oyunun baş hakimi olacaq. Ona yan xətdə Merima Homaraç və Nevena Markoviç kömək edəcək. Dördüncü hakim funksiyasını Senida Petak yerinə yetirəcək.

Xatırladaq ki, aprelin 18-də "Bank Respublika Arena"da keçirilıəcək Azərbaycan - Andorra matçı saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right