Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi

"Kəpəz"in futbolçusu Məqsəd İsayev Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi çarpaz bağlarında aparılan cərrahi müdaxilə uğurla başa çatıb. 

Futbolçunun təxminən nə vaxt sıraya dönəcəyi ilə bağlı məlumat verilməyib. Ancaq onun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right