Abubakar üçün final oyunları

“Neftçi” Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt”ı məğlub edib – 3:1.

Matçdan sonra “ağ-qaralar”ın hücumçusu Vensan Abubakar klubun televiziyasına açıqlamasında oyunla bağlı fikirlərini bölüşüb: “Komanda çox yaxşı çalışır. Oyundan-oyuna özünəinam daha da artır. Bunu xüsusi vurğulamaq istəyirəm. Düşünürəm ki, eyni ruhda davam etməliyik. Qarşıdakı hər oyuna final kimi yanaşmalıyıq. Oyunda tək hücumçu ilə oynayırdıq, bu, asan deyil. Hər oyunu təhlil edib, yaxşılaşdıra bilərik. Qol epizodları çox yaradırıq, amma bəzən vura bilmirik. Məşqlərdə bunun üzərində çox çalışırıq. Qarşıdakı hər oyun final kimi olacaq. Çalışacağıq ki, oyunumuzu meydanda göstərək”.

Xatırladaq ki, oyuna sonradan daxil olan Abubakar komandasının 3-cü qoluna imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right