"Fənərbaxça" "Əl-Nəsr"in futbolçusunu razı salmağa yaxındır

Xorvatiya milli komandasının və “Əl-Nəsr”in futbolçusu Marselo Brozoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı futbolçu “Fənərbaxça”ya keçidə yaxındır.

İstanbul klubunun rəsmiləri xorvat futbolçunun transferi üçün qarşı tərəfin ilkin razılığını alıb. Brozoviç özü də “Fənərbaxça”da oynamağa müsbət yanaşır.

2023-cü ilin iyun ayından “Əl-Nəsr” klubunda çıxış edən Brozoviçin müqavilə müddəti 2026-cı iyunun 30-na qədərdir.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right