AFFA bu komandaları yarışlardan kənarlaşdırdı

AFFA 3 komandanı bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.
 
Newsport.az xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
 
AFFA U-12 Liqasında keçirilməli olan "Ağdam" - "Pambıqçı" (Bərdə) oyunu "Pambıqçı"nın təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.
 
"Pambıqçı"ya 0:3 hesablı texniki məğlubiyyət veriib və bu hal 3-cü dəfə təkrarlandığı üçün Bərdə təmsilçisi yarışdan kənarlaşdırılıb.
AFFA U-11 Liqasında mübarizə aparan "Məhsul" (Zərdab) "Füzuli" ilə görüşdə, "Zəfər" (Bərdə) isə "Aran"la matçda (Beyləqan) vaxtında meydanda olmadığına görə eyni cəza ilə üzləşib.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right