"Xalqımızı növbəti qələbə ilə sevindirmək istəyirik" - Qismət Alıyev

"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması Millətlər Liqası görüşləri öncəsi daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".

Newsport.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Qismət Alıyev FİFA seriyası turnirinin Syerre-Leona matçı öncəsi keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Millidə mövqeyində yalnız Abdulla Rzayev var. Sağ cinah müdafiəsində rəqabətsizlik var. Bu, sənin millidəki durumuna necə təsir göstərir?

"Zirə"də ən yaxşısını etməyə çalışıram ki, milliyə dəvət alım. Millinin seçimlərinə hörmət edirəm. Bu gün kimlər millidədirsə, demək ki, ona layiqdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right