Millimiz Litva ilə oyunda qaçırılan qol fürsətləri və verilməyən üç penalti epizodu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ikinci oyununa çıxıb.

Newsport.az xəbər verir ki,  B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.

“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən görüş millimizin açıq-aşkar üstünlük şəraitində keçib. Bir neçə epizodda hesabın açılması üçün real imkanlar yaransa da, komandamız bu fürsətlərdən yararlana bilməyib. Oyunun gedişində türkiyəli hakim Ozan Ergün üç dəfə yüzfaizlik penalti epizodunu görməyib. Qarşılaşmanın video görüntüləri əsasında ölkəmizin FIFA dərəcəli hakimlərindən də rəy alınıb və o, hər üç epizodda penalti olduğunu təsdiqləyib.

Beləliklə oyun 0:0 hesablı heç-heçə yekunlaşıb. Millimiz bununla xal sayını 2-yə çatdırıb.

Qeyd edək ki, U-17 ilk turda Bolqarıstan yığması ilə heç-heçə (1:1) edib. Komandamız qrupda son matçını martın 30-da Malta seçməsinə qarşı keçirəcək.

27 mart
 
13:00. Litva (U-17) – Azərbaycan (U-17) 0:0
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
 
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right