Davud Kərimi Azərbaycan millisində Qapıçılar üzrə məşqçi olacaq

“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimovun Azərbaycanın U-15 millisinin “sükanı arxasına” gətiriləcəyini xəbər vermişdik. Bu təyinat rəsmi olaraq tezliklə açıqlanacaq.

Newsport.az-ın əldə etdiyi məlumata görə, minifutbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Davud Kərimi Həşimovun komandasında yer alacaq. Sabiq qolkiper U-15 millisində qapıçılar üzrə məşqçi kimi çalışacaq.

41 yaşlı Kərimi karyerası ərzində minifutbol millisindən başqa, “Kəpəz”, “Rəvan”, “Neftçala”, “Fəthiyəspor” (Türkiyə) kimi klublarda da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right