Millimiz Bolqarıstanla heç-heçə etdi Yenilənib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində bu gün ilk oyununa çıxacıb.

Newsport.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan Aqil Nəbiyevin komandası Bolqarıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Komandamızın bərabərlik qolunu 39-cu dəqiqədə penaltidən Əli Bəşirov vurub.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, martın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17) 1:1
Baş hakim: 
Mateo Tozan (Sloveniya)

Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right