UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Valletta”ya 4 cavabsız qolla qalib gələn “Qarabağ” ağır itkilərlə üzləşib. Stadium.az xəbər verir ki, zədələnən Reynaldonun vəziyyəti bəlli deyil. Reynaldonun durumuna bu gün və ya sabah həkim müayinəsindən sora aydınlıq gələcək. Elə bu oyunda zədələnən Qara Qarayevin durumu isə normaldır.
Komandanın baş məşqçisi Qurban Qurbanovun sözlərinə görə, zədəli Maksim Medvedev “Zalsburq”la oyuna hazır olacaq. Ancaq kapitan Rəşad Sadıqov bu oyunu da buraxmalı olacaq.