Misli Premyer Liqasında 25-ci tur davam edir.
Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Karvan-Yevlax” “Zirə”ni qəbul edib. Görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların 1-ci və 2-ci dövrələrdəki oyununda “Zirə” qələbə qazanıb - 3:2, 1:0.
Digər matçda “Sumqayıt” lider “Sabah”la üz-üzə gəlib. Paytaxt təmsilçisi 3:1 hesabı ilə meydandan üstün ayrılıb. Bu komandaların 1-ci dövrədəki matçında 1:1 hesabı qeydə alınıb. 2-ci dövrədə isə “Sabah” 3:1 hesabı ilə qalib gəlib.
19 mart (cümə axşamı)
19:15. “Sabah” – “Sumqayıt” - 3:1
Qol: Kahim Parris, 24 (1:0), Coy Lens Mikels, 49 (2:0), Velko Simiç, 71 (3:0), Nsana Simon, 90+2 (3:1)