Tacikistan milli komandasının baş məşqçisi Qoran Stevanoviç 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin son turunda Filippin yığmasına qarşı keçiriləcək oyun üçün yığma komandanın heyətini açıqlayıb.
Newsport.az xəbər verir ki, martın 23-də başlayacaq və Düşənbədə keçiriləcək milli komandanın təlim-məşq toplanışına "Turan Tovuz"un qapıçısı Oleq Baklov da dəvət alıb.
Qeyd edək ki, 2027-ci il Asiya Kubokunun seçmə mərhələsinin A qrupunda Tacikistan və Filippin yığmaları arasında altıncı turun oyunu martın 31-də keçiriləcək.