AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan U-20 millisinin yeni baş məşqçisi Rui Jojreyə 500 min avro maaş təyin edilməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, bu haqda mütəxəssis üçün təşkil olunan  mətbuat konfransında danışıb.

AFFA rəsmisi R.Jorjenin maaşını açıqlamaq istəmədiklərini söyləyib: "Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq".

Qeyd edək ki, AFFA R.Jorje ilə 1 il 7 aylıq müqavilə imzalayıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right