"Sabah"ın futbolçusu: "Hər matça qalibiyyət üçün çıxırıq"

"Sabah"ın futbolçusu Aleksey İsayev klubun mətbuat xidmətinə açıqlama verib.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi Misli Premyer Liqasının 24-cü turunun "İmişli" ilə(0:5) görüşündən sonra qalibiyyəti şərh edib:

"Əsas odur ki, qalib gəldik. "İmişli" çətin və yaxşı komandadır. Onlara da növbəti matçlarında uğurlar arzulayıram. Biz də oyundan-oyuna irəliləyirik. Hər matça qalibiyyət üçün çıxırıq. "İmişli" ilə oyunu unuduruq, növbəti matça hazırlaşacağıq".

O, növbəti turda üz-üzə gələcəkləri "Sumqayıt"la oyundan gözləntilərini də açıqlayıb: "Bəli, növbəti turda rəqibimiz "Sumqayıt"dır. İstəyərdim ki, həmin görüşdə tribunada azarkeşlərimiz çox olsun. Onları sevindirmək istəyərdik. Göstərdikləri dəstəyə görə də təşəkkür edirəm. Qoy gəlib bizi dəstəkləsinlər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right