"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı

"Karvan-Yevlax"ın üç legioneri milli komandasına dəvət olunub.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Samuel Durant Şri-Lanka, Joy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandalarına çağırılıb. 

Şri-Lanka millisi martın 31-də Asiya kubokunun seçmə mərhləsinin 3-cü turunda səfərdə Çin Taybeyi ilə qarşılaşacaq.

Ruanda millisi martın 27-də “FİFA Series – 2026” turnirində Qrenada ilə üz-üzə gələcək. 

San Tome və Prinsipi millisi isə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Efiopiyanı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right