"Qarabağ"ın legioneri iyun ayına qədər gözləmək istəmir

Ağdamın "Qarabağ" klubunun legioneri Sami Mmae Azərbaycandan ayrılmaq niyyətindədir.

Newsport.az xəbər verir ki, intizam qaydalarını pozduğuna görə futbolçu əvəzedici komandaya göndərilib və bu səbəbdən o, “Qarabağ”dan vaxtından əvvəl ayrılmaq istəyir.

Onun icarə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.

Qeyd edək ki, futbolçunun müqavilə hüquqları Zaqreb "Dinamo"suna məxsusdur. (Azerisport.com)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right