"Şamaxı" - "İmişli" matçında qol vurulmadı, "Qarabağ" "Araz-Naxçıvan"ı darmadağın etdi Yenilənib

Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir.

Newsport.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

Əvvəlcə "Şamaxı" "İmişli"ni qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb. Komandaların ilk dövrədəki matçında "Şamaxı" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin oyununda isə qolsuz heç-heçə qeydə alınıb - 0:0.

Günün digər oyununda isə "Araz-Naxçıvan" "Qarabağ"la üz-üz gəlib. Ağdam təmsilçisi rəqib qapısından 6 cavabsız qol keçirərək meydandan qalib ayrılıb. Bu komandalar arasında ilk iki dövrənin oyunlarında Ağdam klubu böyük hesabla qalib gəlib - 5:0, 5:1.

8 mart

Misli Premyer Liqası

23-cü tur

19:15. "Qarabağ" – "Araz-Naxçıvan" - 6:0

Qol: Joni Montiel, 15-pen.; Leandro Andrade, 33, 36, Kamilo Duran, 64-pen.; Musa Qurbanlı, 83, Kamilo Duran, 89
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu

15:00. "Şamaxı" – "İmişli" - 0:0
Hakimlər
: Vüqar Həsənli, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right