"Liverpul"un yeni transferi əməliyyat olunacaq

Müqavilə ilə "Liverpul"a məxsus olan, icarə əsasında "Renn"də çıxış edən Jeremi Jake sıradan çıxıb.

Newsport.az xəbər verir ki, fransalı müdafiəçi çiynindən zədə alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı mərkəz müdafiəçisi yaxın günlərdə əməliyyat olunacaq. Gənc oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, "Liverpul" Jeremi Jakenin transferini 63 milyon avro qarşılığında rəsmiləşdirib. Fransa U-21 millisinin üzvü yayda yeni komandasının düşərgəsinə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right