Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun gününə bir matç nəzərdə tutulub.
“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edir. 19:00-da start götürən görüşü FİFA referisi Elçin Məsiyev idarə edir. Bu komandalar arasında ilk matçda qalib aşkarlanmayıb.
Qeyd edək ki, bu gün mərhələ adlayacaq komanda yarımfinalda “Turan Tovuz” - “Kəpəz” cütünün qalibi ilə üz-üzə gələcək.
Azərbaycan kuboku
1/4 final, cavab oyunları
3 mart (çərşənbə axşamı)
19:00. “Zirə” - “Sumqayıt” - 2:0
Qol: Davit Volkov, 27, Ceyhun Nuriyev, 88
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0