Azərbaycandan ayrılan müdafiəçi "Valensiya" ilə müqavilə imzaladı

"Kəpəz"dən ayrılan Pedro Qomeş İspaniyada çıxış edəcək.

Newsport.az xəbər verir ki, mövsümün əvvəlində "Boavişta"dan "Kəpəz"ə keçmiş portuqaliyalı müdafiəçi Azər Bağırovun planlarına daxil olmadığı üçün komandadan göndərilmişdi.

Ölkəmizi tərk edən 22 yaşlı futbolçu İspaniya yüksək liqasında çıxış edən "Valensiya" ilə müqavilə imzalayıb.

O, öncə "Valensiya"nın B komandasında çıxış edəcək. Futbolçunun İspaniya klubu ilə müqaviləsi 2 illikdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right