Kaşuku hansı klub istəyir?

“Qarabağ”ın ukraynalı vingeri Aleksey Kaşuk əsas heyətə düşməkdə çətinlik çəkməsinə baxmayaraq, Ukrayna Premyer Liqasının (UPL) klublarından birinin maraq dairəsinə düşüb.

Newsport.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

25 yaşlı oyunçuya hansı klubun maraq göstərdiyi hələ açıqlanmayıb. Kaşukun karyerası nəzərə alındıqda istənilən klub variant kimi görünür. O, vaxtilə Donetsk “Şaxtyor”unda və “Mariupol”da çıxış edib. Lakin hazırda “Şaxtyor”un ona ehtiyacı olmadığı, “Mariupol”un isə müvəqqəti fəaliyyət göstərmədiyi bildirilir. Mümkün transfer icarə və sonradan satınalma hüququ ilə bağlı ola bilər.

Qeyd edək ki, “Qarabağ”a 2024-cü ildə qoşulan Aleksey Kaşuk bu müddətdə Azərbaycan çempionatında 67 oyunda iştirak edib, 11 qol vurub, 10 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right