“Qarabağ”ın oyunçusu: “Hələlik heç kim mənimlə əlaqə saxlamayıb”

“Qarabağ”ın legioneri Emmanuel Addai Qana mətbuatına maraqlı açıqlama verib.

Newsport.az xəbər verir ki, 24 yaşlı hücumçu milliyə çağırılmaq arzusunu dilə gətirib.

Addai bildirib ki, milli formanı geyinmək onun üçün xaricdə qazanacağı hər hansı fərdi uğurdan daha önəmlidir: “Qananı təmsil etmək istəyirəm, çünki ölkəmi çox sevirəm. Uşaqlıqda Qananın finalları uduzduğunu izləyirdim və xalqıma sevinc gətirmək istəyirəm. Xaricdə oynayan futbolçu kimi yox, Qana üçün mənalı işlər görən biri kimi xatırlanmaq arzusundayam”.

Addai Qana millisindən hələ ki, heç kimin onunla əlaqə saxlamadığını söyləyib: “Hələlik heç kim əlaqə saxlamayıb. Amma inanıram ki, çıxışlarımı görüblər. Hər şeyin öz zamanı var, mən tələsmirəm”.

O, uşaqlıqda azarkeşlik etdiyi futbolçunun və komandanın da adını çəkib: “Ən çox izlədiyim futbolçu Eden Hazard olub. İlk baxışdan futbol şoumeni kimi kimi görünür, amma onun sürəti, driblinqi, gücü və fiziki imkanları var idi. Ondan öyrənməyə çalışırdım. Daxilən braziliyalı Ronaldonu da çox bəyənirdim. Onu canlı izləməmişəm, amma videolarından öyrənirəm. Məhəmməd Salah və Sadio Mane kimi ulduzlardan da motivasiya almışam. Salahı konkret olaraq kumir adlandırmazdım. Amma “Liverpul” azarkeşi olduğum üçün onun Mane ilə birlikdə komandada gördüyü işdən zövq alırdım. Onlar göstərdilər ki, afrikalı futbolçu da bir gün “Liverpul”da oynaya bilər”.

Qeyd edək ki, Emmanel Addai 2024-cü ildən “Qarabağ”ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right