"Qarabağ"ın futbolçusu Kamilo Duran həkimlərin nəzarəti altında müalicə alır

"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır.

Bu barədə Newsport.az-ın sorğusuna cavab olaraq Ağdam təmsilçisindən məlumat verilib.

"UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duran hazırda həkimlərin müşahidəsi altındadır. Həkimlər yekun rəy verdikdən sonra ətraflı məlumat veriləcək", - deyə klubdan bildirilib.

Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right