Kamilo Duran bunu bacaran 2-ci kolumbiyalı oldu

Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.

Newsport.az xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu matçda 1 qol vurub. O, cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı futbolçu olub.

Daha əvvəl bu nəticəni "Monako"nun sabiq oyunçusu Radamel Falkao 2016/2017-ci illər mövsümündə göstərib.

Qeyd edək ki, Duran ötən ilin yayından "Qarabağ"ın formasını geyinir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right