“Turan Tovuz” "Qəbələ"ni darmadağın etdi Yenilənib

Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək. 

Newsport.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edəcək. 

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. 

Hazırda Tovuz klubu 37 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.

24 fevral (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Turan Tovuz” 0:3

Qollar: Alexandro Serrano, 9 (0:1), Filip Ozobiç, 18 (0:2), Seydina Keyta, 47-avtoqol (0:3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right