Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin başçılıq etdyi yığmamız B qrupunda yer alan Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən qrupun son görüşündə komandamız 1:0 hesablı qələbə qazanıb. U-18-in heyətində qalibiyyət qolunu 42-ci dəqiqədə Əli Bəşirov vurub.