"Sabah"dan qələbə, "Şamaxı" - "Turan Tovuz" matçında heç-heçə Yenilənib

Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Şamaxı” “Turan Tovuz”la üz-üzə gəlib. Oyunda 0:0 hesabı qeydə alınıb. Bu komandaların ilk dövrədəki oyununda "Şamaxı" "Turan Tovuz"a qalib gəlib - 2:1.

Digər matçda isə “Qəbələ” doğma meydanda “Sabah”ı qəbul edib. Matç "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədə keçirilən matçında "Sabah" 1:0 hesablı qələbə qazanıb.

Misli Premyer Liqası, 20-ci tur

 

16 fevral 

17:00. "Qəbələ" – "Sabah" - 0:1

Qol: Xəyal Əliyev, 54 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Elvin Bayramov

Qəbələ şəhər stadionu

14:30. "Şamaxı" – "Turan Tovuz" - 0:0

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Emin Əliyev

Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right