"Araz-Naxçıvan" "Sumqayıt"a, "Neftçi" "Kəpəz"ə qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 20-ci turun görüşləri davam edir. 

Newsport.az xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Neftçi”ni qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, Vitali Vernidubun komandasının ardıcıl 3-cü qələbəsi olub. Komandalar arasındakı ilk dövrədəki oyunda “Neftçi” rəqibini 5:1 hesabı ilə məğlub edib. 

Digər görüşdə isə “Araz-Naxçıvan”la “Sumqayıt” üz-üzə gəlib. Qarşılaşma "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki görüşü sumqayıtlıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda turnir cədvəlində hər ikisinin hesabında 30 xal olmaqla “Sumqayıt” 5-ci, Naxçıvan klubu isə 6-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. 

20-ci tur

15 fevral 

14:30. "Kəpəz" - "Neftçi" 1:3

Qollar: Bassala Sambu, 27 (0:1), Rauf Hüseynli, 35-pen. (1:1), Bassala Sambu, 38 (1:2), Emin Mahmudov, 40 (1:3)
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu

17:00. "Araz-Naxçıvan" - "Sumqayıt" 1:0

Qol: Ramon Maçado, 45+4-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
"Liv Bona Dea Arena"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right