"Qəbələ"dən sonra Belçika klubuna keçdi

“Qəbələ”dən ayrıldıqdan sonra uzun müddət klubsuz qalmış Kristof Atanqana karyerasını bərpa edib.

Newsport.az xəbər verir ki, kamerunlu qapıçı Belçikada legioner həyatı yaşayacaq.

O, bu ölkənin sayca 4-cü liqası olan II divizionun “Sportinq Brüsselrs” klubu ilə müqavilə imzalayıb.

Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Atanqana 2021-2024-cü ildə “Qəbələ”nin qapısını qorumuşdu. Azərbaycanı tərk etdikdən sonra isə Kristof klubsuz qalmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right