UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl” matçı üçün biletlər sabah satışa çıxarılacaq.
Newsport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, biletlər yalnız rəsmi satış kanalı olan iTicket.az vasitəsilə onlayn şəkildə əldə oluna bilər.
Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” qarşılaşması fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.