“Qarabağ” 60-cı pillədə Dünya reytinqində

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.

Newsport.az xəbər verir ki, 502 klubun yer aldığı siyahıda Azərbaycanın 4 təmsilçisi var.

Ən yaxşı mövqeyə malik klubumuz olan “Qarabağ” daha 9 pillə irəliləyib. Ağdam təmsilçisi 200 xalla 60-cı sırada qərarlaşıb.

Premyer Liqamızın lideri “Sabah”da da irəliləyiş müşahidə olunub. Qəsəbə komandası 13 rəqibini geridə qoyaraq, 96 xalla 211-ci yerdədir.

“Zirə” və “Araz-Naxçıvan” isə geriləyiblər. “Zirə” 63 xalla 418-ci, “Araz-Naxçıvan” isə 59 xalla 468-cidir. Halbuki onlar əvvəlki reytinqdə müvafiq olaraq 389 və 456-cı pillədə idilər.

Dünya reytinqinə 595 xalla PSJ (Fransa) başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right