“Karvan-Yevlax”da danışılmış oyunlarla bağlı sessiya

“Karvan-Yevlax”ın U-14 və U-15 komandalarına danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Newsport.az xəbər verir ki, tədbir Yevlax şəhər stadionunda AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov tərəfindən təşkil olunub.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right