"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq

"Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını yekunlaşdırıb.

Newsport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Futbolçuları – İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, fevralın 10-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right