AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib.
Newsport.az xəbər verir ki, hər iki qərar Region Liqası ilə bağlı olub.
“Hacıqabul” – “Araz” (İmişli) görüşünün 86-cı dəqiqəsində qonaqlar meydanı tərk edib və oyun başa çatmayıb. Bu səbəbdən İmişli 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
“Samur” – “Crystal” görüşü isə ikincilərin təyin edilən vaxtda meydanda olmaması ucbatından keçirilməyib. Bu da “Crystal”ın 0:3 hesablı texniki məğlubiyyət almasına səbəb olub.