“Kəpəz” 6000 manat cərimə ödəyəcək

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, Misli Premyer Liqasında 18-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Karvan-Yevlax” – “Sumqayıt” və “Kəpəz” – “Şamaxı” oyunlarında Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax”la “Kəpəz” hərəyə 1000 manat cərimələniblər.

“Kəpəz” – “Şamaxı” görüşü bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğundan və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığından, gəncəlilər daha 5000 manat cərimə olunub.
“Qarabağ”la matçda heyətində 6 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cəriməyə məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right