Sterlinqin “Qarabağ”a transferi realdırmı?

“Qarabağ”ın adı yenidən İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinqlə birgə hallanmağa başlayıb.

Newsport.az xəbər verir ki, Britaniya mətbuatı bununla bağlı yeni məlumat dərc edib.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionunun nümayəndələri hətta Londonda 31 yaşlı hücumçu ilə danışıq da aparıb. Keçidin baş tutma ehtimalı 42 faiz olaraq qiymətləndirilir. Söhbət yarım mövsümlük müqavilədən gedir.

Sterlinq yanvarda “Çelsi”dən ayrıldığından, hazırda azad agent statusu daşıyır. Ulduz futbolçu mayın 25-dən bəri heç bir rəsmi matçda iştirak etməyib.

“Çelsi” Rahim Sterlinqi 2022-ci ildə “Mançester Siti”dən 56,2 milyon avroya transfer edib. İngiltərə millisində 82 oyunda 20 qol vurmuş futbolçu “Mançester Siti”nin heyətində 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Lakin bu keçidin reallaşması mümkünüz görünür. Əvvəla, “Qarabağ” bu yaşda oyunçuları transfe etməyə heç vaxt maraq göstərməyib. Ən önəmlisi isə Sterlinqin maaş tələbləridir. İngiltərə, Türkiyə, Səudiyyə Ərəbistanı klublarının hədəfində olan hücumçunun “Çelsi”də oynamadan aldığı pul ağdamlıların büdcəsindən çoxdur. London klubunda o, həftəyə 325 min, aya 1,3 milyon funt-sterlinq qazanırdı. Rahimin həftəlik maaşını “Qarabağ”ın liderləri il ərzində əldə edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right