Millimizin üzvü kubok matçında oynadı

Futbol üzrə Niderland Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" səfərdə NEK-nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra NEK adını yarımfinala yazdırıb. "Volendam" isə turnirdə mübarizəni dayandırıb.

Ozan Can da bu görüşün iştirakçısı olub. 27 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb. O, 81-ci dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right