"Zirə"nin müdafiəçisi I Liqa klubunda Foto

"Mingəçevir" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, I Liqa təmsilçisi "Zirə"dən Fuad Bayramovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Mingəçevir"in formasını geyinəcək.

Qeyd edək ki, Fuad Bayramov 2024-cü ilin yayından "Zirə"də çıxış edir. Təcrübəli futbolçu mövsümün ilk yarısında "qartallar"ın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right