“Kəpəz”in futbolçusu bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, “Kəpəz”in yarımmüdafiəçisi olan 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib. Futbolçu Müseyib Bağırov küçəsində iki nəfər arasında yaranan əlbəyaxa davanın şahidi olub. İlkin məlumata görə, mübahisəyə müdaxilə edərək tərəfləri ayırmaq istəyən Rzayev bu zaman bıçaq xəsarəti alıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, bu gün saat 05:10 radələrində 2002-ci il təvəllüdlü Veysəl Rzayev Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin olunub. Hazırda müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right