“Aston Villa”nın yetirməsi “Turan Tovuz”da Rəsmi

"Turan Tovuz" növbəti transferini reallaşdırıb. 

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi “Aston Villa”nın yetirməsi olan Coş Cinnellini heyətinə qatıb. 

28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib. Karyerası ərzində vətənində "Şrusberi", "Bernli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın formasını geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right