"Kəpəz" "Qarabağ"a, "Qəbələ" "Şamaxı"ya qalib gəldi Yenilənib

Misli Premyer Liqasında 17-ci tur davam edir.

Newsport.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Əvvəlcə "Şamaxı" "Qəbələ"ni qəbul edib. Görüşdə "Qəbələ" 4:0 hesabı ilə üstün olub. Bu qələbə sayəsində "Qəbələ" xallarıın sayını 11-ə çatdırıb və 10-cu pilləyə yüksəlib. 

Sözügedən komandalar arasında 1-ci dövrənin oyununda "Şamaxı" 1:0 hesablı qələbə qazanmışdı.

Günün 2-ci matçında "Qarabağ" evdə "Kəpəz"lə qarşılaşıb. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların 1-ci dövrədəki görüşündə Ağdam təmsilçisinin 1:0 hesablı qalibiyyəti qeydə alınıb.

24 yanvar (şənbə)

16:30. “Qarabağ” – “Kəpəz” - 0:2 

Qol: Ryonosuke Ohori, 24, Ehtiram Şahverdiyev, 55
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
“Azersun Arena”

14:00. “Şamaxı” – “Qəbələ” - 0:4

Qollar: D.Massumo, 45 (0:1), İ.Amoah, 46 (0:2), İ.Akinade, 81 (0:3), F.İsgəndərov, 90+4 (0:4)
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right