"Arsenal" ingiltərəli futbolçunu icarəyə verdi

"Arsenal"ın futboloçusu Etan Nvaneri karyerasını Fransada davam etdirəcək.

Newsport.az xəbər verir ki, London klubu ingiltərəli hücumameyilli yarımmüdafiəçini "Marsel"ə icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı ön xətt oyunçusu mövsümün ikinci yarısını Liqa 1 təmsilçisinin heyətində keçirəcək. Klublar arasındakı anlaaşmada satınalma bəndi yer almayıb.

Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right