"Karvan-Yevlax" Füzuli Məmmədovun təyinatını açıqlayıb

"Karvan-Yevlax" Füzuli Məmmədovun baş məşqçi postuna təyinatını açıqlayıb.

Bu barədə Newsport.az-a Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Klub rəhbərliyinin qərarına əsasən, bir müddət komandada məşqçi kimi fəaliyyət göstərən Fizuli Məmmədovla mövsümün sonunadək müqavilə imzalanıb.

Onun köməkçiləri ilə də anlaşma əldə olunub.

Qeyd edək ki, "Karvan-Yevlax" hazırda Misli Premyer Liqasının turnir cədvəlində 6 xalla sonuncu - 12-ci pillədə yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right