Yığmamız hazırlığa martın 23-də başlayacaq

“FIFA Series 2026”nın tarixi müəyyənləşib.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, Azərbaycanda keçiriləcək turnirin də təxmini müddəti bəlli olub.

8 fərqli ölkədə baş tutacaq yarış beynəlxalq pəncərəni – 23-30 mart aralığını əhatə edəcək. Ümumilikdə 36 komanda məhz bu müddət ərzində turnir çərçivəsində oyunlar keçirəcəklər.

Misli Premyer Liqasında 25-ci turun matçları 20-22 mart tarixlərində keçiriləcək. Bu isə o deməkdir ki, millimiz martın 23-də turnirin hazırlığına başlayacaq. Ayxan Abbasovun yetirmələri Oman, Sierra Leone və Sent Lusiya yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, “FIFA Series” yarımfinal və final formatında keçiriləcək. İlk oyun gününün qalibləri finalda, məğlublar isə 3-cü yer uğrunda matçda qarşılaşacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right