UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağı olacaq “Ayntraxt” ciddi problemlər yaşayır.
Newsport.az Almaniya mətbuatına istinadən xəbər verir ki, müdafiə xəttində böyük boşluqlar yaranan Frankfurt təmsilçisi Bakıdakı qarşılaşmada meydana buraxmağa hücumçu tapmır.
Məsələ burasındadır ki, Conatan Burxardt və Mişi Batşuayi zədə ucbatından bugünkü qarşılaşmada məşqçilər korpusunun sərəncamında olmayacaqlar. Həmçinin qışda heyətə cəlb olunan Arnaud Kalimuendo, Ayube Amaimuni-Eçquya və zədədən əziyyət çəkən Yunes Ebnutalib iştirak ərizəsində olmayacaqlar. Yalnız komanda pley-offa vəsiqə qazanarsa, onlar sifariş olunacaqlar.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:45-də başlayacaq.