Rəşad Sadıqov: "Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “TRT Spor” telekanalına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, mütəxəssis Türkiyəyə olan sevgisindən danışıb və gələcəkdə bu ölkədə işləmək istədiyini bildirib.

“Mən çox yerdə olmuşam, amma Türkiyə xalqı kimi futbolu sevən millət görməmişəm. Ona görə də istəyirəm ki, Türkiyə həmişə ən yüksək yerlərdə olsun. Çox istəyirəm ki, Türkiyədə məşqçi işləyim. İnşallah, bir gün Allah qismət etsə, çox məmnuniyyətlə, məşqçilik edərəm”, - o deyib.

Qeyd edək ki, R.Sadıqov futbolçu karyerası ərzində Türkiyə klublarının da formasını geyinib. O, “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da oynayıb.

 

 

 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right