"Zirə" ikinci yoxlama oyununda məğlub olub

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" komandası növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi "Aleksandriya" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:2. "Zirə"nin qollarını 29-cu dəqiqədə Yeqor Boqomolski və 54-cü dəqiqədə Ceyhun Nuriyev vurublar.

"Qartallar" bu gün Bakı vaxtı ilə saat 18:00-da Çexiyanın "Bohemians 1905" kollektivləri ilə də oynayacaq.

Qeyd edək ki, Bakı klubu ilk yoxlama oyununda Rumıniyanın "Çiksereda" klubu ilə bərabərə qalıb - 3:3.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right