"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirib.

Newsport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 38-ci dəqiqədə Prins Ovusu vurub.

Qeyd edək ki, "Qəbələ" ilk hazırlıq matçında "Kəpəz"ə qalib gəlib (3:1). "Araz-Naxçıvan" isə klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right