İngiltərə millisinin üzvü "Tottenhem"də Rəsmi

"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher ölkəsinə qayıdıb.

Newsport.az xəbər verir ki, "Tottenhem" ingiltərəli futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London klubu Qallaher üçün La Liqa nəhənginə 40 milyon avro təzminat ödəyib. "Tottenhem" 25 yaşlı oyunçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Atletiko" Konor Qallaheri 2024-cü ilin yayında "Çelsi"dən 42 milyon avroya transfer etmişdi. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right